Hakimiyyət xaricdə təhsildən niyə qorxur?

tehsil-magistrMəqsədli şəkildə savadsızlığa “yaşıl işıq” yandırılır. Hökumətimiz təhsillə mübarizəni davam etdirir. Illərlə yazılır, deyilir, ortaya faktlar qoyulur, amma hökumət qətiyyən narahat olmur və kütləvi savadsızlığa “yaşıl işıq” yandırılıb.

TQDK-nın açıqladığı imtahan nəticələri göz qabağındadır və aydın şəkildə görünür ki, orta təhsil çökməkdədir. Üstəlik, bugünlərdə etriaf olundu ki, müəllimlərin vəziyyəti daha ağırdı. Belə ki, elmi dərəcəsi olan müəllimlərin imtahanlarda yalnız 5-6 suala cavab verdiyi bildirildi. Bununla yanaşı saxta diplomla müəllimlik edənlər də ortaya çıxdı. O biri tərəfdən 17000 tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırıldığı məlum oldu. O da məlum oldu ki, imtahanda 700 bal toplamış evin tək oğlu, cəbhədəki döyüşlərdə şəhid düşdü. Yeri gəmişkən, büdcədən ayrılan vəsaitin ən az hissəsi elm və ətəhsillə bağlıdır. Belə ki, büdcənin hər 100 manatından yalnız 8 qəpiyi təhsilə ayrılır. Rəsmi şəkildə etiraf olundu ki, hökumət savadlı kadr tapmağa çətinlik çəkir, Elmlər Akademiyası bazara çevrilib, elmi işlər plagiatdır, elmi adlar tapşırıqla verilir və s.

Bütün bunları ona görə xatırladırıq ki, hakimiyyətin elm və təhsilə münasibəti aydın görünsün.

Amma bütün bunlar azmış kimi hökumətimiz qərar verib ki,  2016-cı ilÿüçün xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılır. Bu barədə təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşü zamanı deyib.ÿ

Göründüyü kimi mənasız layihələr miyardlar xərcləyən hökumət, ən mühüm sahəyə məqsədli şəkildə ögey münasibət sərgiləyir. Gücləri ancaq təhsilə çatır, təhsilə qənim kəsiliblər. Bu qədər mənasız strukturlar, səmərəsiz xərclər kənarda qalıb, təhsilin üzərinə hücuma keçiblər.

Görünür, gənclərin Avropada təhsil alması hökumətin maraqlarına uyğun deyil. Çünki, Avropa təhsili görmüş gəncin düşüncəsi, dünya görüşü, baş verənlərə münasibəti dəyişir.   Ölkədə hanssı eybəcərliklərin baş verdiyini, hökumətin  talançılığı aydın şəkildə görünür. Hökumət ayıq, öz hüquqlarını bilən, haqqını tələb edən gənclərin yetişməsini istəmir. Ancaq bir qrup məmurun övladı oxumalıdır, ölkənin sərvətini talan edənlərin ətrafı savadlanmalıdır. Əlacları olsa Avropada təhsil alan gənclərin ölkədə işlə təmin olunmamasıyla bağlı qərar verərlər.

Hansıki, Azərbaycan təhsilinin acınacaqlı vəziyyətində  xaricdə təhsilin böyük önəmi var. Ölkəyə savadlı, dünya təcrübəsini mənimsəyən, elm sahəsindəki yeniliklərdən xəbərdar olan kadrlar lazımdı. Normal hökumət belə bir vəziyyətdə daha çox gəncin xaricdə oxumasına şərait yaratmalıdır, bu sahəyə daha çox pul ayrılmalıdır. Amma hökumət ölkənin gələcəyini qaranlığa bükmək üçün kor bir nəsil yetişməsində maraqlıdır.

Diqqət edin, ən böyük çətinliklər elm və təhsil sahəsindədir, ən böyük maneələri bu sahələrdə qurublar.  Təhsil haqları aşağı salınmır, tələbə təqaüdləri artmır, tələbə kreditləri verilmir, təhsildəki korrupsiyanın qarşısı alınmır, elmi işçilər, müəllimlər ən aşağı maaşla təmin olunur və s. Indi isə xaricdə təhsilin qarşısını alırlar.

Yekun nəticə budur ki, hökumət xaricdə təhsil alanlardan qorxur. Savadlı gəncliyi hakimiyyətləri üçün təhlükə hesab edirlər. Hər bir xaricdə təhsil alımış gənc cəmiyyətdə  müsbət təbliğatın aparılması, insanların maarifləndirilməsi deməkdir. Hökumətə isə bu lazım deyil.

Təhsilə qarşı bu qədər ögey münasibət onu göstərir ki, hökumət “xasiyyət”ini dəyişmək fikrində deyil, heç bir islahat aparmağa siyasi iradə yoxdur və ənənə davam edəcək.  Əks halda, bütün sahələrdəki problemləri, çatışmazlıqları aradan qaldırmaq, ölkəni yeni standartlara uyğunlaşdırmaq üçün təhsilin inkişafı, xaricdə təhsil alanların çoxalması prioritet olardı.

Samir