Bu ilin 1-ci rübündə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 416,9 milyon manat daxil olub. Fins.az-ın DGK-ya istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.
Daxilolmaların 25,7%-i və yaxud 107,1 milyon manatı gömrük rüsumlarının, 71,5%-i və yaxud 298,2 milyon manatı əlavə dəyər vergisinin, 1,5%-i və yaxud 6,1 milyon manatı aksiz vergisinin, 1,3%-i və yaxud 5,5 milyon manatı isə yol vergisinin payına düşüb.
Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsinə əsasən, Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 810 milyon manat vəsaitin daxil olması nəzərdə tutulub. Sadə bölgü ilə, bu hər rüb 452,5 milyon manatın toplanması deməkdir. Birinci rübdə yığılan məbləği isə bundan az təşkil edib.