Artıq 4 aydan çoxdur saxta ittihamlarla həbsdə saxlanan Fuad Qəhrəmanlı təcridxanada kitab yazıb. Kitabda milli təhlükəsizliyin əsasları, hədəfləri, təhdidləri, eləcə də milli gücün inkişaf etdirilməsi ilə bağlı məsələlər geniş şəkildə təhlil olunaraq, konseptual şəkildə işlənilib.
Kitab daxili və xarici işlər, eləcə də milli təhlükəsizlik sahələrində çalışanlar üçün vəsait kimi nəzərdə tutulub.
Qeyd edək ki, bu, Fuad Qəhrəmanlının ilk kitabı deyil. O, hələ 1998-ci ildə həbs ediləndə də həbsxanada kitab işləmişdi. Lakin “Azərbaycanda demokratiyaya keçidin mərhələləri” adlandırdığı kitabı hələ də dərc etdirməyib.
Fuad Qəhrəmanlının yeni kitabı haqda məlumatı azadliq.info-ya onun xanımı Zümrüd Yağmur verib.