Çay, yağ və meyvə-tərəvəz idxalı kəskin artıb

bazar12016-cı ilin birinci rübündə Azərbaycana 247 milyon 319 min ABŞ dollar həcmində yeyinti məhsulları idxal edilib.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 13,4% azdır.  2015-ci ilin birinci rübündə yeyndi məhsullarının idxalı 285 milyon 440.95 min dollar həcmində olmuşdu.

Azalmanın səbəbi buğda, süd və şəkər idxalının azalmasıdır. Ət, yağ, çay, meyvə-tərəvəz, bitki yağları idxalı artıb.

Buğda idxalı 66,4% azalaraq 39,4 milyon dollar, süd idxalı 12,3% azalaraq 1,51 milyon dollar, şəkər idxalı isə 22,6% azalaraq 18,95 milyon dollar təşkil edib.

Azərbaycan 2015-ci ilin 1-cü rübündə 117 milyon 218 min dollarlıq buğda idxal etmişdi.

Yanvar-Mart aylarında ət idxalı 13,6% artaraq 5,45 milyon dollar, kərə yağı idxalı 35,4% artaraq 10,37 milyon dollar, meyvə-tərəvəz idxalı 101,1% artaraq 43 milyon 264 min dollar, çay idxalı 184,7% artaraq 9 milyon 49.46 min dollar, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 82,4% artaraq 36 milyon 851 min dollar təşkil edib.