ulduz fali

BÜRCLƏR – 18.04.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Real problemlərin həllilə məşğul olacaqsınız. Şəxsi müstəvidə istənilən çətinliyin öhdəsindən gələcəksiniz. Sizə əziz olan adamla aranızda qarşılıqlı anlaşma olacaq. Günün ikinci yarısı romantik tanışlıq və ya görüşlər üçün münasibdir.

BUĞA

Emosional baxımdan çətin gündür. Sizi qəlbən sevənlərin səmimiyyətinə inanmayacaqsınız. Işdə bir sıra nailiyyətə imza ata biləcəksiniz. Nəticədə maddi vəziyətiniz yaxşılaşacaq.

ƏKİZLƏR

Günün başlanğıcı ən çətin zamandır. Gələcəyə qorxusuz, sakitliyinizi saxlayaraq baxmağa çalışacaqsınız. Amma sizin tarazlığınızı pozmaq asan olacaq və bundan da bəziləri istifadə edəcək. Sevdiyiniz şəxs çətin anlarda yanınızda olacaq.

XƏƏNG

Yeni işlərə başlamaq olar. Təklikdə işləməkdən qorxmayın. Qadınlarla ünsiyyətdə olmağın faydasını görəcəksiniz. Onlar bir sıra hadisələrə münasibətinizi dəyişəcəklər.

ŞİR

Işgüzar görüşlərdə özünüzü rahat hiss edəcəksiniz. Ətrafdakılara faydasız təsir bağışlayan sövdələşmə sizə xeyir gətirəcək. Şəxsi müstəvidə problemlər həllini tapacaq.

QIZ

Bu gün sizi kimsə tənbeh edərsə, bilin ki, bunu yalnız qısqanclıqdan edir. Fiziki işlə məşğul olanları xüsusi qələbə gözləyir. Bürcün nümayəndələrinin dərilərində həssaslıq ola bilər. Allergik reaksiya istisna deyil.

TƏRƏ

Bu gün daha çox başqalarının işilə məşğul olacaqsınız. Kimsə bu xoş məramınızdan istifadə etməyə çalışacaq. Bu səbəbdən də ehtimal ki, xoş təşəbbüsü sona çatdırmayacaqsınız. Professional əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli gündür.

ƏQRƏB

Perspektivli gündür. Işgüzar müstəvidə qələbə istisna deyil. Rəhbərlik sizin tərəfinizdə duracaq. Ancaq maliyyə işlərində vəziyyət heç də yaxşı olmayacaq. Ailə üzvləri qayğınıza qalmaqla sizi sevindirəcək. Qonaq qarşılayacağınız da istisna deyil.

OXATAN

Maraqlı tanışlıq gözlənilir. Bu gün təməli qoyulan əlaqə gözləmədiyiniz istiqamətdə inkişaf edəcək. Daxili səsinizə güvənin. O, sizə necə hərəkət etmək lazım olduğunu göstərəcək. Axşam saatlarında qiymətli hədiyyə alacaqsınız.

OĞLAQ

Işləriniz çox olacaq, ancaq öhdəsindən gəlmək üçün kifayət qədər gücünüz var. Uzunmüddətli əməkdaşlıqla bağlı sövdələşmə imzalamaq olar. Yaxınlarınız sizə kömək üçün həmişəkindən az müraciət edəcəklər.

DOLÇA

Neytral gündür. Sağlamlığınızın qayğısına qalın. Qadınlarla aranızda fikir ayrılığı yaşanacaq. Yaşlı qohumlarla mübahisə etsəniz, barışmaq asan olmayacaq.

BALIQLAR

Gərgin gündür. Iş çox olacaq. Bununla yanaşı, sevgi etiraflarıyla seçilən gündür. Bu gün hansısa işə başlasanız, parlaq nəticə əldə edəcəksiniz. Qida rasionuna qarşı diqqətli olmağı unutmayın.