Doha konfransında “Səudiyyə-İran” gərginliyi

seudiye neftQətərin paytaxtı Dohada neft hasilatının dondurulmasına dair danışıqlar, Səudiyyə Ərəbistanının “İran” təkidi ilə uzanır

Dünya neft hasilatının yarısını təmin edən 17 ölkə, Qətərin paytaxtı Dohada, neft bazarında sabitlik yaratmaq üçün istehsalın dondurulmasını müzakirə edirlər.

İclas öncəsi, Səudiyyə Ərəbistanının ikinci vəliəhd şahzadəsi, İranın razılaşamya qatılmaması vəziyyətində ölkəsinin istehsalı dondurmayacağını açıqlamışdı. İran toplantıda iştirak etməmək qərarı verib.

“Marja” xəbər verir ki, Bloomberg News, neft istehsalçılarının yerli saat ilə 15:00 radələrində istehsalın dondurulması qərarını qəbul edəcəyi barədə xəbər yaymışdı.

Ancaq, Səudiyyə Ərəbistanının istehsalının dondurulması qərarına İranın da dəstək verməsinə dair inadına görə, razılaşmaya gəlmək mümkün olmur.

Reuters, səhər saatlarında yaydığı xəbərdə, Doha konfransında razılşama olacağını qeyd edərək, istehsalın 1 Oktyabra qədər Yanvar ayı səviyyələrində dondurulacağını bildirmişdi. Xəbərə görə, istehsalçılar Oktyabr ayında Rusiyada yenidən toplaşaraq, neft bazarındakı vəziyyəti nəzərdən keçirəcəklər.