Bakıda nasosxanada faciə

tecrid olumBu gün Bakı şəhərinin Suraxanı rayonunda yerləşən nasos stansiyalarından birində ölüm hadisəsi baş verib.

Suraxanı Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsindəki su nasos stansiyasında 1956-cı il təvəllüdlü Nuriyev Rafael Mikayıl oğlunun meyiti tapılıb. İlkin araşdırma zamanı meyit üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Nasos stansiyasının əməkdaşı olan R.Nuriyevin ürək xəstəliyindən vəfat etdiyi bildirilir.