Statistika Komitəsindən şübhəli rəqəmlər

statistika-komitesi

Qadir Ibrahimli: «Ola bilməz ki, qiymətlər 40-50 faiz  qalxsın, amma inflyasiya 11 faiz səviyyəsində olsun»

Dövlət Statistika Komitəsi 2016-cı ilin ilk rübü ilə bağlı statistik rəqəmləri açıqlayıb. Komitə iddia edir ki, bu rübdə Azərbaycanda inflyasiya 11 faizə yaxın olub.

Komitənin məlumatına görə, 2016-cı ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətənÿistehlak məhsulları və xidmətlərin qiymətləriÿ10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz artıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz bahalaşıb.

qadir2

Iqtisadçı-ekspert Qadir Ibrahimli ilin ilk rübündə inflyasiya səviyyəsinin 11 faiz olmasına şübhə ilə yanaşdığını deyir. Ekspert devalvasiyadan sonra artımın bütün sektorları əhatə etdiyini vurğulayaraq, bunun həm xidmət, həm də ticarət sahələrinə təsir göstərdiyini bildirir: “Daşınmaz əmlak bazarı istisna olmaqla, bütün sahələrdə qiymət artımları müşahidə edildi. Hesab edirəm ki, 11 faizlik inflyasiya şübhəlidir və real görünmür. Ola bilməz ki, bütün sektorlar üzrə qiymətlər 40-50 faiz  qalxsın, amma inflyasiya 11 faiz səviyyəsində olsun. Yəni bu, real deyil. Mənə elə gəlir ki, burda bir qədər düzgün hesablama aparılmayıb”.

Nigar