«AZADLIQ»IN RƏSƏDXANASI
Qoç
Yarımçıq işləri tamamlamalısınız. Bunun üçün çox səy gəstərməlisiniz. Bacarmadığınız işlərin öhdəsindən kömək alaraq gələ bilərsiniz, amma sağlamlığınızı da qorumalısınız. Yeni tanıdığınız adamalara tez etibar etməyin.
Buğa
Yoldaşınızla birlikdə bir dəvətə qatıla bilərsiniz. Birlikdə keçirdiyiniz zamana görə peşman olmayacaqsınız. Bu gün alacağınız bir xəbər sizi sevindirəcək. Bir tanışınız sizə qarşı etdiyi haqsızlığı etiraf edərək, üzr istəyəcək.
Əkizlər
Xırda xoşbəxtliyi belə, dəyərləndirməyi bacarırsınız. Yaxın çevrənizdə baş verən xırda sevincli anların böyük xoşbəxtlik kimi yaşanmasının səbəbi həyat eşqinizdən qaynaqlanır. Xarici ölkələrlə bağladığınız razılaşmalar ticarət həyatınızı hərəkətə gətirəcək.
Şir
Gün boyunca rahat hərəkət edə biləcəksiniz. Təhsil baxımından uğurlu gündür. Yaxınlarınız, ya da qonşularla əlaqələriniz sizi qane edəcək. Bu gün bir çox baxımdan şanslı olacaqsınız və verdiyiniz qərarların nəticəsi sizin üçün məhsuldar olacaq. Fürsətləri qaçırmamağa çalışmalısınız.
Qız
Son dərəcə aktiv olacağınız gündür. Bu gün sizin üçün prioritet mövzularda məhsuldar olacaqsınız. Hər mövzuda planlı hərəkət etməyiniz sizi irəli aparacaq. Yeni addımlar atmaqdan çəkinməyəcəksiniz. Kefinizi qaçıran mövzulardan şikayət etmək yerinə onlardan sürətlə uzaqlaşmağınız daha yaxşıdır.
Tərəzi
Evlə bağlı bəzi işlər gündəmə gələcək. Ətrafınızda sizinlə eyni fikirdə olan kəslərə yanaşma tərziniz daha xoş olacaq. Bu gün sizdən yaşlıların təsirində qalacaq və onlarla çalışmaq istəyəcəksiniz. Pul mövzusunda mübahisə istisna deyil. Bu işdən zərərli çıxdığınızı düşünürsünüz. Hüquqşünas bir dostunuz sizə kömək edəcək.
Əqrəb
Həyata ümidlə baxacaqsınız. Bir çox mövzuda dəstək almanız həyatınıza rahatlıq gətirəcək. Gündən məhsuldar istifadə etməyi bacarmağınız çətin işlərin öhdəsindən gələcəyinizə işarədir. Ictimai sahədə aktiv olacaqsınız. Yığıncaqlar da planınıza istiqamət verməyinizi asanlaşdıracaq.
Oxatan
Qarşınıza yeni hədəflər qoyacaq və sürətlə hərəkət edəcəksiniz. Işinizin artmasına baxmayaraq, bir çox məsələlərin öhdəsindən gələcəksiniz. Işgüzar həyatınızda iddialı sayıla biləcək gözləntiləriniz var. Məhsuldar işiniz bu ümidinizin qısa müddətdə reallaşmasına köməkçi olacaq.
Oğlaq
Maddi baxımdan sıxıntılı gün deyil. Istədiklərinizi ala bilərsiniz. Ancaq əhvalınız yaxşı olmayacaq. Bir çox mövzularda daha diqqətli olmağınız lazımdır. Romantik reaksiyalarınız əlaqələrinizə mənfi təsir edəcək. Səhv qərar qəbul etmək riskiniz çoxdur. Ortaq bir zəmində görüşəcəyiniz yeni proyektlər ön planda olacaq.
Dolça
Günün hadisələrinə hazır olmalı və səbrli davranmalısınız. Sizə qazanc gətirə biləcək inkişaflar gözlənilir. Ortaq şəkildə gördüyünüz işlərdə məsuliyyətli olun. Hərəkətə keçməmişdən əvvəl düşünməyi bacarın. Fikirləşmədən dedikləriniz imicinizə zərər vura bilər.
Balıqlar
Pulunuzu daha ağıllı xərcləyin. Yeni ili indidən kreditlərlə doldurmayın. Könlünüzün axtardığını tapmağa tələsməyin. Ətrafınızın sizə heç uyğun hesab etmədiyi, sizin özünüzə də irəlidə narahatlıq gətirəcək münasibəti heç qurmayın. Ortaq işlərdə yeni razılaşmalar gündəmə gələcək. Bu təklif sizə qazanc gətirəcək.