Bəs deyirdilər nazir dəyişib, təhsildə islahat olacaq?

ali kerimli2Mikayıl Cabbarovun istefası haqda heç bir xəbər eşitməmişəm. Nə baş verir, özü xaricdə oxumuş Təhsil naziri üçün xaricdə təhsil üzrə dövlət proqramından imtina etmək təhqir deyil? Bəs deyirdilər nazir dəyişib, təhsildə islahat olacaq? Unutmayaq, avtoritar rejimlərdə bütün mühüm qərarlar bir nəfər tərəfindən verilir. O bir nəfər dəyişməyincə, ölkədə ciddi dəyişiklik olmaz. Hansı nazirliyə kimin rəhbərlik etməsinin ölkədəki vəziyyətə əhəmiyyətli təsiri ola bilməz. Xaricə təhsil üçün tələbə göndərilməsi prosesini çoxdan ciddi nəzarətə götürmüşdülər. Çalışırdılar ki, yalnız hakimiyyətə bağlı və ya loyal olan ailələrin övladları xaricdə təhsil almağa göndərilsin. İndi ondan da imtina edirlər. Hətta öz uşaqlarının belə xaricdə oxuyandan sonra gözlərinin açılacağından, bir gün bu orta əsr idarəetməsinə qarşı çıxacağından qorxurlar.