Son 12 ayda “Rabitəbank” ASC-nin verdiyi kreditlər artmasa da, Bankda ödəmə vaxtı keçmiş kreditlər artıb.
“Marja” Bankın saytına istinadən xəbər verir ki, 31 Mart 2016-cı il tarixinə bankda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 12 milyon 718 min manat təşkil edib. Bu məbləğ, bankın eyni tarixə 208 milyon 967 min manat olmuş kredit portfelinin 6,1%-nə bərabərdir.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə (31.03.2015) “Rabitəbank”ın 231 milyon 644 min manatlıq kredit portfelinin 11 milyon 114 min manatının və ya 4,8%-nin ödəmə vaxtı keçmişdi.
Müqayisə olunan dövrdə, Bankın kredit portfeli 9,8% azaldığı halda, problemli kreditlər 14,4% artıb.