Daşınmaz əmlak üzrə əməliyyatlar 25,7% azalıb

yenibinaBu ilin iki ayında Azərbaycanda 23 918 daşınmaz əmlak obyektinə hüquq qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövründəkindən 25,7% azdır, deyə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat verir.

İlin əvvəlindən ilkin daşınmaz əmlak bazarında əməliyyatlar (6 640) 20,3%, təkrar bazarda əməliyyatlar (17 278) 27,6% azalıb.

Bu il yalnız qeyri-yaşayış obyektləri (590 əqd, +12%) və çoxillik bitkilər olan torpaq sahələri (17 əqd, +30,8%) üzrə hüquqların qeydiyyatı artıb. Qalan daşınmaz əmlak növləri üzrə aktivlik azalıb.

Bu ilin yanvar-fevralında ölkədə 4 638 fərdi ev və bağ sahəsi (-28%), 7 082 mənzil (-5,6%), 11 040 torpaq sahəsi (-34,3%), 436 qeyri-yaşayış evləri (40,9%) və 5 çoxmərtəbəli binaya (-44%) olan hüquq rəsmiləşdirilib.

Daşınmaz əmlakla əməliyyatların üçdə biri (7 950) Bakının payına düşür.

2014-cü ildən müşahidə edilən dərin iqtisadi və maliyyə böhranı ilk növbədə daşınmaz əmlak bazarına zərbə vurub: tələbat azalıb, daşınmaz əmlakın qiyməti ucuzlaşır. (contact.az)