ulduz fali

BÜRCLƏR – 15.04.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Enerjiniz gedərək yüksəlir. Istəklərinizin artmasıyla birlikdə işgüzarlığınızı da sürətləndirəcəksiniz. Gəlirlə bağlı gözləmələriniz də artacaq. Qəfil qarşınıza çıxan sürprizlər sizi həyəcanlandıracaq.

BUĞA

Alacağınız bəzi xəbərlər canınızın sıxılmasına səbəb olacaq. Bu baxımdan gərginlik istisna deyil. Ancaq əhvalınız yüksək olduğu üçün bunların üzərində çox dayanmayacaqsınız.

ƏKİZLƏR

Bu gün eşidəcəyiniz bir xəbər narahatlıq yaradacaq. Lakin qərar vermək üçün hələ tezdir. Yoldaşlarınızla aranızdakı əlaqələri düzəltməyə çalışın. Başınız qarışıq olduğu üçün bir az təlaşlı və gərgin davranacaqsınız.

XƏƏNG

Qərarlı və sakit olacağınız bir gündür. Uzaqlardan alacağınız bir xəbər sizi hərəkətə keçirəcək. Pulla bağlı çətinlikləriniz də getdikcə azalır. Yeni planlar qura bilər, gələcəyə istiqamətli işlər görə bilərsiniz.

ŞİR

Bu gün yumşaq və sakit olmaqla birlikdə mənasız bir gərginlik yaşayacaqsınız. Ancaq sürətlə baş verən situasiyaya uyğunlaşmanız asan olacaq. Çox məsuliyyətli işlərdən və mümkün olmayan istəklərdən qaçsanız yaxşıdır.

QIZ

Son dərəcə sıx və hərəkətli bir gündür. Gözləmədiyiniz xəbərlər ala bilər və qərar verməkdə çətinlik çəkə bilərsiniz. Uzun zamandır görmədiyiniz bir dostunuzla qarşılaşacağınız da istisna deyil.

TƏRƏ

Hərəkətə keçmək istədiyiniz mövzularda çox xoş inkişaflar meydana gələcək. Özünüzə olan inam artacaq və əvvəldən qurduğunuz planların tətbiqinə başlayacaqsınız. Duyğularınız və istəkləriniz getdikcə güclənir.

ƏQRƏB

Bu gün özünüzü daha yaxşı hiss edəcəksiniz. Sevdiyinizlə aranızdakı problemləri anaaliz edə bilərsiniz. Ayrıca pul çətinlikləriniz də getdikcə azalacaq. Hərəkətə keçmək istədiyiniz mövzularda yeni fürsətlərlə qarşılaşacaqsınız.

OXATAN

Yaxınlarınızdan alacağınız xəbərlər səbəbilə fərqli düşüncələrə dalacaqsınız. Son dərəcə maraqlı və qeyri-adi təklif eşidə bilərsiniz. Birdən qarşınıza çıxacaq fürsətləri çox düşünmədən qiymətləndirməyin.

OĞLAQ

Işlərinizi qərarlı şəkildə davam etdirəcəksiniz. Bəzi narahatlıqlar ola bilər. Ancaq səbrli və sakit davranmağı bacaracaqsınız. Uzaqlardan ziyarətçilərinizin olacağı da gözlənilir.

DOLÇA

Içinizdən yüksələn istəklərin yaradacağı gərginlik üzündən çətinlik yaşayacaqsınız. Əslində istəklərinizi reallaşdıra bilməniz mümkündür. Yalnız daha məqbul və reallaşdıra biləcəyiniz istəklərlə yaşayın.

BALIQLAR

Arzuların qanadındasınız. Duyğularınız və özünüzə olan inam artır. Gözlənilməyən vəziyyətlərlə rastlaşa bilərsiniz. Ulduzlar bildirir ki, bir fürsəti düşünmədən qiymətləndirəcəksiniz.