Azərbaycanın neft hasilatı azalıb

neftBu ilin yanvar-mart aylarında Azərbaycanda qaz kondensatı daxil olmaqla 10 520,2 min ton xam neft hasil olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövründəkindən 1,5% az olub.

Hesabat dövründə əmtəəlik neft hasilatı 10 506,2 min ton təşkil edib.

Aprelin 1-i vəziyyətinə ölkədə 315 min ton hazır məhsul ehtiyatı olub.

Bu ilin I rübündə 7 556,8 mln. kubmetr təbii qaz hasil olunub ki, bunun da 4 838,9 mln. kubmetrini əmtəəlik qaz təşkil edib. Hesabat dövründə qaz hasilatı ötən ilin müvafiq dövründən 2% çox, əmtəəlik qaz hasilatı isə 7,9% az olub.