Əcəl zəngi çalınır…

ibrahim-ibrahimli-enyeniİbrahim İbrahimli

İnsan ada değildir,
Bütün de değildir tek başına,
Kıtanın bir parçası,
Okyanusun bir damlasıdır;
Bir kum tanesini bile alıp götürse deniz,
Avrupa küçülür.
Sanki kaybolan bir burunmuş,
dostlarının ya da senin bir yurdunmuş gibi;
Bir insanın ölümüyle eksilirim ben,
çünkü… bir parçasıyım insanlığın;
İşte bu yüzden hiç sorma,                                                                                                                     çanlar kimin için çalıyor diye;                                                                                                               Onlar senin için çalıyor.

( Jonn Donne, 1624)                                                                                                                                

Ernest Heminquey 1572-1632-ci illər arasında yaşamış İngilis şairi, başrahib Jonn Donnenin bu şeirindən etgilənmiş və müharibə mövzusunda yazdığı məşhur romanına verdiyi adı da elə əsərin əvvəlində epiqraf kimi verdiyi bu misradan götürmüşdü. Əslində, yazıçı yaradıcılıq imkanlarından istifadə edib, dünyanın ən ağır vaxtında- bəşəriyyətin müharibə təhlükəsilə üzləşdiyi çətin bir zamanda-  çıxış yolu arayan insanlara Jonn Donnenin savaş və sevgi haqqındakı hikmətini  xatırladır : Savaş bütün anlamı və mahiyyətilə böyük fəlakətdir, həm ölənə, həm də öldürənə dəhşətli bir acılar yaşadır. Əslində, yazılmamış bir qanun var: hər insan əvvəl-axır bundan dolayı peşman olacaqdır, hətta düşmənini öldürsə belə. Amma sevgi hər an, hər ortamda, həttda savaşın içində, ölümlə olum arasında belə gözlənilmədən qarşınıza çaxar və sizi yaşamağa sövq edər.                                                                                                                                                                                      Savaş və sevgi…        

İnsanın iki əzəli instinkti olan savaş və sevgi haqqında pis- yaxşı xeyli sayda əsərlər yazılıb. “Əcəl zəngi” məğlub edilməz insan obrazına görə digərlərindən seçilir. Ernest Hemunqeuy bu əsərində 1936-39-cu illərdə İspaniyada  baş verən Vətəndaş Müharibəsinin insanların taleyində buraxdığı dərin psixoloji izləri ön plana çəkmiş, müharibə dəhşətlərini özünəməxsus bir şəkildə təsvir etmişdir. Və cavan amerikalı, ispan dili müəllimi, İnternasional briqadalarının döyüşçüsü olan Robert Cordananın timsalında məğlub edilməz insan obrazını yaratmışdı.                       “Demək olar ki, mən inandığım məqsəd uğrunda vuruşmuşam,-  deyə  Robert düşünürdü. Əgər biz burda Şərə qalib gəlsək, onda hər yerdə qələbə çalacağıq. Dünya gözəldir-onun uğrunda vuruşmağa dəyər. Mən onu tərk etmək istəmirəm.”

Həyat eşqi, Mariya olan böyük sevgisi, hətta ölüm belə Roberti öz məqsədinə döğru gedən yoldan döndərə bilmədi. Son anda ondan ayrılmaq istəməyən Mariyanı ölümdən çəkindirmək üçün dediyi sözlər məğlub edilməz İNSANnın əsl sevgi manifest idi: “Biz öz hayatımızı- bütün səadətimizi bu dörd gündə yaşadıq, Mariya… İndi sən burdan gedəcəksən, dövşancığım. Təbii ki, mən də səninlə gedəcəyəm. Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. Əgər sən getsən, deməli, mən də gedəcəyəm. Bəyəm sən bilmirsənki, bu belədir- axı birimiz olan yerdə ikimiz də varıq. Sən hər ikimizin yerinə gedəcəksən, həm öz yerinə, həm də mənim yerimə…İndi sən tez və sakitcə çox- çox uzaqlara çıxıb gedəcəksən və bizim hər ikimizi özünlə aparacaqsan. İndi sən həm də mənsən, məndən nə qlacaqsa, o sənsən, Mariya…”

Faşistlərin keçəcəyi körpünü partladan Robert qarşısında duran vəzifəni ölümü bahasına yerinə yetirməklə, əslində, faşizmin gələcəyə gedən yolunu bağlayır.

Ölüm qorxusunu boğan “ Cəsarət hissi”

“Əzizim Gülçin, mən səni sevirəm. Ola bilsin ki, mən həlak oldum. Amma qəm yemə. Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində ”Mən də səni sevirəm” deyərsən! Mən səni eşidəcəyəm”.

Olüm ayağında bu, son məktubu işğalı olunmuş  Azərbaycan torpağına-“Lələ” təpəyə bayraq sancan siravi əsgər Sərxan yazıb. Döyüşə gedərkən cəsarət edib sevdiyinə könlünü aça biməyən bir 19 yaşlı sütül bir oğlanın əsgər kimi torpaq uğurunda ölümə meydan oxuyan CƏSARƏTİNƏ bir bax, İlahi!

Görəsən, 18 yaşlı gənc Sərxan Ernest Heminquey “Əcəl Zəngi” əsərini orta məktəbdə oxuyubmu? Ölüm ayağında Robertin Mariya dediklərini kimdənsə bir başqasından nə vaxtsa eşidibmi? Çox güman ki, yox…Amma qalaq-qalaq mətnlərə sığışdırılan böyük bir mənanı cəmi üç cümlə ilə ifadə edən bu sütül oğlan qayıtsaydı, mütləq və mütləq Qarabağ müharibəsinin  “Əcəl zəngi”ni yazacaqdı. İnanmırsınızsa ispan dili müəllimi  olan az- çox həyat təcrübəsi qazanan zabit Robertin Mariya dedikləri ilə orta məktəb partası arxasından təzəcə durmuş sütül oğlan olan siravi əsgər Sərxanın Gülçinə yazdığı məktub arasında müqayisəli paralellər aparın.

Təbii ki, haqlı olan birisinin hücumuna məruz qalan adam ölümdən qurtula bilməz. Çünki onu təqib edən ölüm qorxusu daşımaz. 19 yaşlı sütül əsgər Sərxanın  gücü də məhz haqlı olmağındadır. Bu gün cəbhədə şəhid olanların  böyük əksəriyyəti, uğrunda vuruşduqları Qarabağı heç yuxularında da görməyiblər. Bəs, onda nədir, görəsən,  görmədiyi bu torpaq uğrunda ölümə meydan oxumaq sevdası?  Sərxanın Gülçinə yazdığı məktubu oxuyandan sonra anladım ki, bu, yalnız bir insanın eqosu, hətta bir  etnosun eqosu deyil. Bu, haqlının haqsız üzərində qələbə çalmaq istəyidir.

Ernest Heminquey bu stəyi əvvəl Robertin sonra isə qoca balıqçı Santyaqonun timsalında belə ifadə edir: “İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub etmək olmaz.”                                                                                                                                                                                                                                                                                                                  P.S. Əgər kilsə zəngi çalınırsa, soruşma o kimin üçün çalınır… O, zənglər sənin üçün çalır, mənim üçün çalır, bizim üçün çalınır, nəhayət bütün insanlıq üçün calır…