Rusiya prezidenti Vladimir Putin canlı yayımda əhalinin suallarını cavablandırıb.
***
Vladimir Putin illik çıxışında “Panama sənədləri”dən də danışıb.
O bildirib ki, bu sənədlərin sızdırılması təxribatdır və məqsəd rusiyalılar arasında şübhə toxumu səpməkdir.
Putin həmçinin yaxın dostu, violonçel ustası Sergei Polduginin Panamadakı ofşor şirkətlərdə 2 milyard dollarədək vəsaiti olması barədə məlumatları təkzib edib.
O bir daha seyib ki, Poldugin qazandığı bütün pullara musiqi alətləri alaraq Rusiyaya gətirib.
Putin deyib ki, məqsəd qarşıdan gələn parlament və prezident seçkiləri ərəfəsində ictimai rəyi çaşdırmaqdır.
***
Vladimir Putin bildirib ki, Rusiya iqtisadiyyatı hələ ki, tam düzəlməyib, amma ardıq müsbət hərəkət müşaidə olunur.
Onun sözlərinə görə gələn il Rusiyada 1,4 faiz artım olacaq.
Amma Purin qeyd edib ki, ölkə iqtisadiyyatı hələ “boz xətt” dədir.
O qeyd edib ki, Rusiyada ərzaq məhsullarının bahalaşması müvəqqətidir və daxili məhsullar hesabına qiymətlər düşəcək.
Putin bildirib ki, keçmiş maliyyə naziri Aleksey Kudrin prezidentin yanındalı ekspertlər şurasınada işləyəcək və ola bilsin ki, qurumun müavinlərindən biri olacaq.
Vladimir Putin Suriyadakı vəziyyətədn də danışıb, bildirib ki, Suriya ilə bağlı sülh danışıqları davam etdirilməli, yeni konstitusiya hazırlanmalı və bunun əsasında seçki keçirilməlidir.
***
Putin deyir ki, Rusiya Türkiyəni dost sayır, ancaq bəzi türkiyəli siyasətçilərlə problemləri var.
***
Putin ölkə iqtisadiyyatının özünə gəldiyini söyləyib. Onun fikrincə, hökumət bu il ÜDM-nin azacıq düşəcəyini gözləyir. Putin-in sözlərinə görə, indiki templə xərclənsə, Rusiyanın azı 4 illik ehtiyatı var.
***
«Suriyadan qoşunlarımızı elə uğurla çıxardıq ki, bundan sonra qüvvələrimiz Palmiranı tutdu», -Putin deyib.
***
«Ölkə 4 ay heç nə etməsə belə, pulu olacaq». Putin belə deyib.
Prezident makroiqtisadi göstəricilərdən danışmağa başlayıb, ölkə rezervlərinin 2014-cü ilin əvvəlində olduğu səviyyəyə qayıtdığını söyləyib.
***
Rusiya prezidenti Vladimir Putin sıravi rusiyalılar üçün ənənəvi sual-cavab sessiyasına başlayıb.
Kreml ölkə üzrə 1 milyondan artıq sual aldığını deyir.
Sessiya adətən 4 saat və daha çox çəkir. Bu, Putin-in 14-cü belə ənənəvi tədbiridir.
Rusiya neftin ucuzlaşması və Qərbin sanksiyaları üzündən iqtisadi çətinliklər yaşayır. Təhlilçilər Kremlin hər hansı narazılıq formasına həssaslıqla yanaşdığını vurğulayırlar.
«Birbaşa xətt» şousuna əhali zəng edir, Putin suallara videolinklər vasitəsilə də cavab verir.
Müşahidəçilər bu sessiyanın çox yüksək səviyyədə təşkil və idarə olunduğunu bildirirlər.



