Əliyevin Krımoğlu ilə görüşü niyə inkar edildi?

gorus-krim-tatarlari

Bu gün  Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda Krım tatarlarının liderləri Mustafa Cəmil Krımoğlu və Krım-tatar Xalq Məclisinin sədri Refat Çubarovla görüşü barədə məlumat yayıldı. Məlumatı Çubarov fotoşəkillə birlikdə Facebook səhifəsində paylaşıb.

Belə bir görüşün olması maraqla qarşılandı. Marağa səbəb isə hazırda Azərbaycan hökumətinin Rusiya hökumətilə münasibətlərdə həssas dövrünü yaşamasıdır. Moskva ilə Krım tatarları arasındakı soyuq münasibət nəzərə alınanda İlham Əliyevin Mustafa Cəmillə görüşü müəyyən qədər riskli kimi qiymətləndirilməyə bilməzdi. Görünür Azərbaycan hakimiyyətinin özü də bunu yetərincə riskli addım kimi qəbul edir. Belə ki, görüş barədə xəbər mediada tirajlanan kimi İlham Əliyevin mətbuat katibi Azər Qasımov açıqlama verərək görüşü inkar edib.

Azər Qasımov APA-ya açıqlamasında deyib: “Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.

Siyasi şərhçilər PA rəsmisinin bu açıqlamasını birmənalı olaraq Azərbaycan hakimiyyətinin Rusiyadan ehtiyat etməsi kimi dəyərləndirir.

Refat Çubarovun görüşün fotosunu paylaşdığı Facebook hesabını təqdim edirik.   https://www.facebook.com/dogrujol/posts/949845401777281