Ermənistan Avrasiya İttifaqından çıxa bilər

sarkisyanErmənistan parlamentinin deputatı və “Azad Demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan ölkə parlamentinə “Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvlüyündən çıxması ilə bağlı prosedurun başlanması” adlı qanun layihəsini təqdim edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, layihə yaxın günlərdə parlamentdə müzakirə olunacaq. Kokobelyan qanun layihəsində Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişaf etmədiyini bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Rusiyadan idxal 4,7%, Rusiyaya ixrac isə 28,7% azalıb.

Onun fikrincə, iqtisadi göstəricilər pisləşməklə yanaşı, Ermənistana xarici investisiyaların miqdarı kəskin düşüb və ölkənin regional təcridi ağırlaşıb.

Kokobelyan Qarabağdakı insidentlər zamanı Moskvanın mövqeyinin də tənqidə layiq olduğunu deyib .