ulduz fali

BÜRCLƏR – 14.04.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Maraqlı və xoş məşğuliyyətlər üçün münasib gündür. Sənədləşmə işi, səfərə hazırlıq (məsələn çoxdan gözlədiyiniz dənizə səyahət) kimi işlər üçün əlverişli zamandır. Bu gün əhvalınızı heç kim korlamayacaq.

BUĞA

Gün qeyri-sabit emosional mənzərəsi ilə fərqlənəcək. Bürcün nümayəndələrinə elə gələcək ki, onları heç kim başa düşmür. Bəziləri özlərini tənha hiss etməklə yeni dost axtarışına çıxacaqlar. Işdə uğur gözlənilir.

ƏKIZLƏR

Işgüzar partnyorlarla aranızda problemlər yaşanacağı ehtimal olunur. Ulduzlar öz fikrinizdə möhkəm durmağa və güzəştə getməməyə çağırır. Yeni məqsədlər qoyacaqsınız qarşınıza. Bu gündən etibarən həyatınız yaxşılığa doğru dəyişəcək.

Xəəng

Professional məsələlərin müzakirəsi üçün əlverişli gündür. Gözlənilməz hədiyyələr, xoş sürprizlər də istisna deyil. Bugünkü görüşlər təsadüfi xarakter daşımayacaq. Ev işlərilə məşğul olmaq olar, amma günün çox hissəsini buna həsr etməyin. Sakit istirahətin yeri var.

ŞİR

Gün yeni informasiya vəd edir. Bu məlumatdan faydalanacaqsınız. Gələcəklə bağlı planlarınız dəyişə bilər. Sevgilinizlə münasibətə önəm verin.

QIZ

Işgüzar sferada gözlənilməz dəyişiklik ola bilər. Günün emosional mənzərəsi ağır olacaq. Həyəcan və təlaşlar ruhi sarsıntı gətirəcək. Romantik tanışlıq üçün münasib gün deyil.

TƏRƏ

Işgüzar danışıqlarda özünüzü doğrultsanız pofessional qələbə danılmazdır. Ulduzlar fitnələrə uymamaq xəbərdarlığını edir. Bu gün böyük məbləğli alış-veriş etmək, sövdələşmə imzalamaq olar. Özünü analiz gələcəkdə səhvlərə yol verməmək üçün yaxşı üsuldur.

ƏQRƏB

Uğurlar sizi sevindirməyəcək. Ətrafdakılara qarşı çox tələbkar olacaqsınız. Son zamanlar xoşbəxtlik axtarışındasınız. Ulduzlar özünüzü yaxşı hiss etdiyiniz işlərlə məşğul olmağı tövsiyə edir.

OXATAN

Gözləmədiyiniz yerdə problemlə üzləşəcəksiniz. Müttəfiqlər yardım etməkdən boyun qaçıracaqlar. Təəssüf ki, şəxsi müstəvidə də vəziyyət ürəkaçan olmayacaq. Yaxşı olar ki, sevgilinzlə səmimi olasınız.

OĞLAQ

Professional uğurlarınız başqa adamların fikirlərindən asılıdır. Aktual problemlərinizi həll etməyə kömək edəcək adamda yaxşı təəssürat oyadacaqsınız. Son zamanlar gərginlik keçirənləri yeni maraq həyata bağlayacaq.

DOLÇA

Bu gün sakitliyinizi qoruyub saxlamaq asan olmayacaq. Ətrafdakılar sizin əsəblərinizi tarıma çəkəcəklər. Konfliktlərdən qaçmaq üçün əlinizdən gələni edin. Romantik münasibətlər getdikcə ciddi xarakter alacaq.

BALIQLAR

Anlaşılmazlıq məhsuldar işə maneə ola bilər. Hər xırda detala kəskin reaksiya verəcəksiniz. Yaxşı olar ki, özgələrinin səhvini analiz etməklə nəticə çıxarasınız. Günün ikinci yarısında yorucu işlər görməyin, idmanla məşğul olmayın.