Gəncədə Bakı şəhər sakini güllələnib. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gəncə şəhəri, Nizami rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 20 yaşlı Mətləb Həsənzadə sağ ayaqdan yaralanma diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra həyatı təhlükəsi aradan qalxıb.
Zərərçəkmişin bildirdiyinə görə, ona tanımadığı şəxslər odlu silahdan atəş açıblar.
Fakt araşdırılır.



