Səudiyyə Ərəbistanının neft naziri Əli ən-Nuaymi ölkəsinin neft hasilatını azaltmayacağını deyib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Bir qədər əvvəl sıudiyyəli nazir Rusiyanın energetika naziri Aleksandr Novakla İranın iştirakı olmadan hasilatı dondurmaq məsələsini müzakirə edib. Səudiyyə Ərəbistanı İranın mövqeyindən asılı olmayaraq hazilatın dondurulması ilə bağlı qərar verəcəyini bəyan edib. Lakin Nuaymi hasilatın dondurulmasını istisna edib. “Bu mövzunu unudun”, – deyə nazir bildirib.
azadlıq.info



