Məscidlərdə almanca moizə çağırışı

mescid almaniyaAlmaniyanın mühafizəkar siyasətçisi Andreas Scheuer deyib ki, Almaniyadakı məscidlərdə moizələr alman dilində olmalıdır və məscidlərin Türkiyə və Səudiyyədən maliyyələşməsi dayandırılmalıdır.
CSU partiyasının rəhbəri olan cənab Scheuer deyib ki, siyasi İslam inteqrasiyanı sarsıdır.
Onun çağırışı Türkiyə ilə bağlı ifadə azadlığı qalmaqalı ərəfəsində edilib. Türkiyə prezidenti alman şairə qarşı iddia ilə çıxış edib.
Prezident Recep Tayyip Erdoğan Jan Boehmermann-ın ZDF kanalında oxuduğu satirik şeirdən qəzəblənib.
Jan Boehmermann şeirini oxumazdan əvvəl izah etmişdi ki, onun misralarında Almaniyanın ifadə azadlığı qanununu poza biləcək məqamlar ola bilər.
Almaniyada təxminən üç milyon insanın ən azı valideynlərindən biri Türkiyədəndir.
Almaniyadakı məscidlərin əksəriyyəti Dini İşlər üzrə Türk-İslam İttifaqının (DİTİB) tərkibindədir.
Almaniyadakı imamların bir çoxu Türkiyədən gəlir. Lakin Almaniyada bəzi universitetlər son illərdə İslam mərkəzləri yaradaraq yeni nəsil imamların təlimini həyata keçirilər.
Bir neçə müsəlman icmaları da Ankaranın təsirindən kənarlaşıblar. (BBC azeri)