Suriyada Rusiyanın Mi-28H hərbi helikopteri qəzaya uğrayıb, Rusiyanın Müdafiə Nazirliyi bildirir.
Helikopterin içərisində olan hər iki pilot həlak olub. Onların cəsədləri Rusiyanın hərbi hava bazasına çatdırılıb.
Qəza Homs şəhəri ətrafında baş verib.
Rusiya Müdafiə Nazirliyi helikopterin vurulmadığını bildirir.
“Qəza yerindən alınan məruzələrə görə, helikopter atəşə məruz qalmayıb”, – nazirliyin açıqlamasında deyilir.
“Qəza yerində uçuş hadisələrinin araşdırılması üzrə mütəxəssislərin operativ qrupu işləyir”.
Nazirlik hadisənin səbəblərinin müəyyən edildiyini bildirir.
2015-ci ilin noyabr ayında Türkiyənin hərbi təyyarəsi Suriya ilə həmsərhəd bölgədəRusiyanın Su-24 bombardmançısını vurmuşdu.
Təyyarənin düşdüyü yerdə axtarış əməliyyatı vaxtı Rusiyanın Mi-8 helikopteri qəzaya uğramışdı.
Mi-28 hərbi helikopteri Rusiyadan başqa daha bir neçə ölkədə istifadə olunur.
2015-ci ilin avqust ayında Ryazan poliqonunda Mi-28-in qəzaya uğramasından sonra Rusiya Hərbi Hava Qüvvələrinin komandanlığı bu helikopterlərin uçuşlarını müvəqqəti dayandırmışdı.
(bbc azəri)