Bir neçə gündür hökumətin muzdlu dəstələri növbəli şəkildə AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirir. Dünən də hökumət bir qrup gənci AXCP sədrinin yaşadığı binanın qarşısına göndərib. Bəlli olub ki, həmin gənclər Idman Akademiyasının tələbələridir. Bir neçə tələbə “Azadlıq”ın redaksiyası ilə əlaqə saxlayaraq Idman Akademiyasında belə bir aksiyanın neçə təşkil olunmasından danışıb.
Belə ki, dünən səhər Idman Akademiyasının bütün fakültələrində tələbələr dekanlığa çağırılıb və onlara AXCP sədrinin evinin qarşısına getmək tapşırılıb. Akademiyanın Gənclər təşkilatında da tələbələrə eyni təklif edilib. Lakin tələbələrin əksəriyyəti bundan imtina edib. Razılıq verənlərin çoxu isə aksiyaya gedərkən yolda dağılışıb. Dekanlar tapşırığı yerinə yetirməkdən imtina edən tələbələri töhmətlə hədələyib və imtahan sessiyası vaxtı onların vəziyyətinin yaxşı olmayacağını deyiblər.
azadlıq.info