Xalqa xidmət edən qurum nələrinə lazımdır?..

ali-karimli1Bu ölkənin dövlət qurumları arasında xalqın ən çox etimad göstərdiyi Tələbə Qəbulu üzrə Dövlət Komitəsi idi. Onu da ləğv etdilər. Cəmiyyət bu qərardan birmənalı olaraq narazıdır, amma heç də təəccüblənməyib. Dövlət Gömrük Komitəsi, Dövlət Əmlak Komitəsi və bu qəbildən olan süni və xalqa yalnız ziyan vuran, lakin pul gətirən qurumları ləğv edəsi deyillər ki (hansı ki, onların vəzifələrini Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyinin müvafiq idarələri asanlıqla yerinə yetirə bilərdi). Hökumət tam olaraq ona yaraşanı edib. TQDK bu hökumətin yekcinsliyini, monolitliyini pozurdu. Nələrinə lazımdır pul gətirmək əvəzinə xalqa xidmət edən qurum?