Bu gün səhər Rusiyanın Stavropol diyarında Daxili İşlər Nazirliyinin idarəsinin qarşısında 3 nəfər kamikadze özlərini partladıblar. Məlumata görə, ümumilikdə 5 partlayış baş verib. “RİA Novosti”nin verdiyi xəbərə görə, daha bir terrorçu polislər tərəfindən zərərsizləşdirilib.
Xəsarət alanlar barədə məlumat verilmir.


