Pilotlarımız dəfn edildi

Şəhid pilotlar və xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantının dəfn mərasimindən

3 pilot və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Şəhidlər dəfn edildi. Mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Dəfn mərasimində şəhidlərin yaxınları, o cümlədən müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və başqa rəsmi şəxslər də iştirak ediblər.

Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.

Şəhid pilotlar və xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantının dəfn mərasimindən

Şəhid pilotlar və xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantının dəfn mərasimindən

Saat 12:06

Müdafiə naziri Zakir Həsənov təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasiminə qatılıb.

Müdafiə naziri Zakir Həsənov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

Mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə nazirindən əlavə Baş Qərargah rəisi Nəcməddin Sadıqov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, deputatlar da iştirak eidblər.

Saat 10:06

Azərbaycanın şəhid pilotları ilə vida mərasimi başlayıb. ANS PRESS-in məlumatına görə, Ermənistan silahlı birləşmələri ilə son döyüşlərdə şəhid olan hərbçilərimizin meyitləri ötən gün ailələrinə təhvil verilib.

Şəhid olan Mİ-24 helikopterinin pilotları – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

Mərasim Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunub. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

Mərasimdə şəhidlərin yaxınları, cəbhə yoldaşları ilə yanaşı, dövlət rəsmiləri də iştirak edir.

Şəhid hərbçilərimizin meyitləri ötən gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan silahlı qüvvələrindən geri alınıb.

Şəhid pilotlarla vida mərasimi

Şəhid pilotlarla vida mərasimi – 11.04.2016