Nazir müavini düz deyir, yoxsa ölkə başçısı?

ilham-aliyev-bodrumÖlkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iş yerlərindən də danışıb. Ölkə başçısı bir sıra sahələrdə ixtisarların olmasına baxmayaraq, yeni iş yerlərinin açıldığını vurğulayıb:

“Birinci rübdə 37 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanmışdır. Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir”.

Ilham Əliyevin bu fikirləri vergilər nazirinin müavini Sahib Ələkbərovun fikirlərilə ziddiyyət təşkil edir. Qeyd edək ki, Sahib Ələkbərov ötən həftə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KIV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində 21 598 vergi ödəyicisinin fəaliyyətini dayandırdığını demişdi. Bu faktiki olaraq 21 598 iş yerinin bağlanması, minimum 21 598 nəfərin işsiz qalması deməkdir. Ilham Əliyev isə 13 min iş yerinin bağlandığını bildirir.