Fransada YUKOS şirkətinin keçmiş səhəmdarlarının təşəbbüsü ilə Rusiyaya məxsus 1 milyard dollarlıq akivlərə həbs qoyulub. Bu barədə American Lawyer yazıb.
Həbs edilən aktivlərin əhəmiyyətli hissəsi Rusiyanın kosmik müəssisələrinə məxsusdur. Onlardan 400 mln. dolları Eutelsat operatoru “Kosmik rabitə”yə ödəməli idi, 300 mln. dollar isə Arianespace-in “Roskosmos”a olan borcudur.
Rusiya aktivlərinin həbs olunduğunu YUKOS-un keçmiş səhmdarlarını təmsil edən Group MENATEP Limited şirkətinin nümayəndəsi də təsdiq edib.
azadlıq.info



