“Bu, dəyərlərdən imtinadır, düşüncə zombiliyidir”

evez-zeynal;AXCP sədri Əli Kərimlinin evinin qarşısında hakimiyyətin “etiraz aksiyaları” təşkil etməsi cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən etirazla qarşılanıb. Belə həssas məqamda müxalifət liderinə qarşı təxribat sosial şəbəkə istifadəçləri tərəfindən də sərt tənqid edilib və Əli Kərimliyə dəstək ifadə olunub. Bu iyrənc kampaniyada “Yeni Müsavat”ın tutduğu iyrənc mövqe də ikrahla qarşılanıb.
Tanınmış jurnalist Əvəz Zeynallı da “facebook” səhifəsində baş verənlərə belə münasibət bildirib: “Adını çəkib polemika yaratmaq istəmirəm (arzu olunsa yarada da bilərəm). Bu gün “Yeni Müsavat” qəzetinin məşhur bir yazarının Əli Kərimlidən bəhs edən bir yazısını oxudum. Yazar iddia edir ki, Əli Kərimli ya həbs olunmalı, ya da ölkədən çıxarılmalıdır. Matım-mutum qurudu. Hətta
bir ara elə bildim ki, udquna bilmirəm. Tutaq ki, belə yazarlar hələ də var və tutaq ki, bunlar lap elə qeyd olunan qəzetdə də var, tutaq ki, qəzet rəhbərliyi də lap Əli Kərimli ilə savaşdadır, bəs belə yazıları vermək nə deməkdir? Bütün dəyərlərdən imtinadır belə düşüncə tərzi. Məncə, zombilik əslində budur. Düşüncə zombiliyi”.