Bakıda daha iki intihar

olum-intiharBakıda intihar hadisəsi baş verib. Balaxanı qəsəbəsi Cahangirov küçəsində yaşayan 28 mart 1997-ci il təvəllüdlü Muxtarov Orxan Mahir oğlu yaşadığı evin yaxınlığında, İ.Nəzərov küçəsindəki yarımçıq tikilidən özünü asıb. Onun telefon naqilindən asılı vəziyyətdə qalmış meyiti qonşuluqda yaşayan şəxslər tərəfindən tapılıb.

Bildirilir ki, O.Muxtarovun ailəsində ciddi problemlər olub.

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.

Bakının Sabunçu rayonunda daha bir intihar hadisəsi baş verib. Nardaran sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyatov özünü Ramana qəsəbəsi ərazisindəki tövlədə asaraq ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, son iki gündə artıq ikinci dəfədir ki, Sabunçu rayonunda intihar hadisəsi baş verir.