Elə bu dar macalda yadınıza Əli Kərimli düşdü?

zumrud-yagmur-yeniZümrüd Yağmur

İllərdir Azərbaycanda iqtidarda olanların hər üzünü görmüşük. Bəzən qəzəblənmişik, bəzən də etdikləri əmələ heyrətlənmişik. Hətta bəzən “bunların bir ağıllısı yoxdur?” deyib baş verənlərin absurdluğuna görə ona bir məna verə bilməmişik.

İndi də iqtidar öz ağlınca Əli Kərimlinin evinin qarşısında etiraz mitinqi keçirib. Maşallah, polis də tolerantlıq nümayiş etdirib – nə vətəndaşın istirahət hüququ yada düşüb, nə də asayişin pozulacağından əndişələnib.

Bu mitinqin mahiyyəti bəllidir. İndi bütün tv lər bu mitinqi göstərib deyəcək ki, ordumuz uğurlar qazandığı bir vaxtda Əli Kərimli ermənilərin tərəfini tutub, daha nə bilim nələr, nələr. Təbii ki, bu mitinq ona hesablanıb ki, ölkə əhalisinin heç də hamısı mediya oxumur və Əli Kərimlinin bu günlərdə hansı mövqe tutduğunu heç də hər kəs bilmir. Xalqda əhvali- ruhiyyənin belə yüksək olduğu bir vaxtda Əli Kərimlinin “tutduğu mövqeni” xalqa nümayiş etdirərək, onu gözdən salmağa çalışırlar öz aləmlərində…

Amma yaxşı olardı ki, bu yalana vaxt sərf etmək əvəzinə xalqa bir cavab verəydiniz ki, 3 günə niyə bu qədər əsgər şəhid olub? Bir vicdanınz qarşısında hesabat verəydiniz ki, əgər savaş uzun sürsəydi, bu gedişlə nə qədər insan şəhid olardı və bu nə qədər düzdür?

Yox, bu sizin məşğul olacağınız iş deyil. Sizin işiniz adam şərləmək, böhtan atıb həbs etməkdir.
Və bir də demək ki, biz müxlifətdən qorxmuruq.

Əgər qarşısınızdakıları belə gücsüz hesab edirsinizsə, onda niyə böhtan atıb gözdən salmağa çalışırsınız. Elə bu dar macalda yadınıza niyə məhz Əli Kərimli düşdü?

Ölkədə 100 yaxın evin qapısını şəhid cənazəsi döyüb, bu qədər evin ocağı sönüb, siz də qalxıb belə cılız bir əməlin altına imza atırsınız.

İndi necə inanaq ki, siz kimsədən qorxmursunuz və özünüzə güvənirsiniz?! Özünə güvənən adamın ölkəsində bu qədər siyasi məhbus olarmı?

Özünə güvənən adam bir siyasi hərakatın başçısını, İlqar Məmmədovu həbs edib illərlə azadlıqdan, fəlaliyyətdən məhrum edərmi?

Özünə inamı olan biri qalxıb da sözünü deyən jurnalisti böhtanla şərləyib həbs edərmi?

Əslində. qorxursunuz, lap pis qorxursunuz… Bilirisiniz nədən?

Bu günlər sizə də bəlli oldu ki, məhv etmək istədiyiniz xalq demə ölməyibmiş…
Ölkədə 23 ildir məhv etmək üçün hətta əlinizdən gəlməyəni etdiyiniz halda sanki bu xalq ruhunu divdən gizləyirmiş kimi sizdən saxlayıbmış. Buna görə yaman dilxorsunuz. Onca təbliğat, onca yaltaqlıq proyektləri, onca tv əxlaqsızlıqları sən demə boşunaymış…

Son olaraq….
Bir necə gün ərzində Qarabağ üzərindən oynadığınız oyunlarla sübut etdiniz ki, sizdən bir şey çıxmaz və bu iqtidarla itirilmiş torpaqlar geri alınmayacaq.

İkinci tərəfdən, güya öz ağlınızla Əli Kərimlinin evinin qarşısında mitinq etməklə nəyəsə nail olacağınız zənn edirsiniz.

Amma məsələnin ikinci tərəfini bir ağıllı olmayıb ki, sizə izah etsin. Tutaq ki, siz uzaq kənddə yaşayan bir soydaşımızın heç nədən xəbəri olmadığından yararlanıb Əli Kərimlinin yazdıqlarını, mövqeyini dandınız. Amma axı bu ölkənin aktiv insanları sosial şəbəkələrdədir və mediyanı izləyir. Onlara bir daha geri dönməz şəkildə yalançı və böhtançı olduğunuzü sübut etmənizə nə gərək vardı?…
Güya sizin kimliyinizi bilmirdik ki?

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb