Bakıda daha bir güclü yanğın

baki-yanginSabunçu rayonu, Kürdəxanı qəsəbəsində dəhşətli yanğın başlayıb.

Aznews.az xəbər verir ki, qəsəbə ərazisindəki qamışlıqda saat 16 radələrində başlayan yanğın yaxınlıqda tikilən yaşayış evlərinə keçib. Təxminən 6 evi bürüyən alov gedtikcə böyüyür.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.