Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Qüdrət Ismayılov dünən vəfat edib. O, uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyet çəkirdi.
1954-cü ildə Zəngilanda doğulmuş Qüdrət Ismayılov 90-cı illərin əvvəllərində cəbhəyə könüllü gedib, Vətən uğrunda vuruşan fanatik döyüşçülərdən olub. Çoxsaylı döyüşlərdə iştirak etmiş Qüdrət bəy 1993-cü ilin yayında Ağdərə uğrunda gedən döyüşlərdə ağır zədə alıb. Həkimlər onu ayağa qaldırmaq üçün çox çalışsalar da, mümkün olmayıb.
Qüdrət Ismayılovun taleyində zirehli döyüş maşınını əlil arabasına dəyişmək var imiş… Birinci qrup müharibə əlili idi.
Bir neçə gün əvvəl mediada professor Qulu Məhərrəmlinin cəbhə bölgəsindəki son döyüşlər kontekstində Qüdrət Ismayılov haqqında “Qarabağ döyüşçüsünün közərən ruhu” adlı yazısı dərc olunmuşdu.
Allah Vətən uğrunda vuruşmuş döyüşçüyə rəhmət eləsin, ruhu şad olsun!