“Neftdə hasilatın dondurulması deyil, ABŞ mühümdür”

neftOPEC üzvləri və qrupa daxil olmayan istehsalçılar, bu ayın 17-də  Qətərin paytaxtı Dohada  toplaşaraq istehsal miqdarının dondurulmasını müzakirə edəcəklər.

“Marja” xəbər verir ki, analitik Ole Hansen-ə görə, bəzi iştirakçıların hazırda rekord səviyyədə neft hasil etməsi, razılıq çıxması vəziyyətdə belə qiymətlər üzərində məhdud bir təsiri olacaqdır.

Hansen, ABŞ -da şist neftinin hasilatının neft qiymətlərinə daha çox təsirinin olduğunu deyib.

Qısası, ABŞ-da şist nefti istehsalı neftin qiymətlərinin çox artmasına imkan verməyəcəkdir.