Döyüş meydanında qalmış hərbçi meyitləri bu gün götürüləcək

doyush1Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Əlavə məlumat veriləcək.