ulduz fali

BÜRCLƏR – 08.04.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Çətin gündür. Yaxınlarınızı və ya həmkarları tələsdirməyin. Onsuz da situasiyanı dəyişə bilməyəcəksiniz. Gün boyu kin və gəginlik sizi müşayət edəcək. Sizə əziz olan adamlarla daha çox mübahisə edəcəksiniz.

BUĞA

Çox uğurlu gündür. Çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Qarderobunuzu yeniləyin, həmçinin gözəllik salonuna getmək, imicdə dəyişiklik etmək olar. Yaradıcılıq potensialı yüksək olacaq. Əhəmiyyətli məbləğdə gəliriniz olacaq.

ƏKİZLƏR

Enerjilisiniz. Əməkdaşlıqla bağlı sənədləri imzalamaq olar. Bu gün rəqibləri geridə qoyacaqsınız. Çətinliklər yalnız sizin başqalarının fikirlərinə əhəmiyyət verməməyinizdən doğa bilər. Tənqidləri kəskin reaksiya verməyin.

XƏƏNG

Uğurlarınıza, sadəcə həsəd aparmaq olar. Bir çoxlarının maliyyə işlərində bəxti gətirəcək. Xaricə səfər, eyni zamanda uzaqdan gəlmiş adamla təmas üçün əlverişli gündür. Xoş sürpriz, hədiyyə almaq ehtimalı da az deyil.

ŞİR

Ehtiyatlı olun. Səhvlərə yol verə bilərsiniz. Xarici görkəminizə fikir verin. Ulduzlar bu mövzuda özünüzə tənqidi baxımdan yanaşmağı məsləhət görür. Işgüzar görüşə gedərkən ekstravaqant tərzdə geyinməyin.

QIZ

Ehtiyatlıq və sakitlik tələb olunan gündür. Işgüzarlıq bacarığınız aşağı səviyyədə olacaq. Bunun müsbət tərəfi də var. Çünki gün yeni işlərə başlamaq üçün sərfəli deyil. Ancaq başqalarının səhvlərini üzərinizə götürməklə onları düzəldəcəksiniz.

TƏRƏ

Kimlərsə sizin xoş xasiyyətinizdən öz maraqları naminə istifadə edəcək. Işgüzar sferada təşəbbüsü ələ almaq olar. Yadda saxlayın, bu gün şərikli iş görməkdənsə, təklikdə çalışsanız faydasını görərsiniz. Günün ikinci yarısını yaxınlarla keçirin.

ƏQRƏB

Pozitiv tendensiyaların sayəsində gün uğurlu olacaq. Çiyinlərinizdə məsuliyyət tələb edən bir yük var. Reklam kampaniyalarının təşkili üçün əlverişli gündür. Ehtiraslı məhəbbət macərasının təməli qoyula bilər.

OXATAN

Xarici görkəmi qəşəng olanlarla yaxınlıq etməyə çalışırsınız. Bu da münasibət qurmaqda çətinliklər yaradacaq və yanlış təsir altında olduğunuz üzə çıxacaq. Paltar, bəzək əşyaları almaq üçün əlverişli gündür. Mənzilinizdə dizayn dyişikliyi aparmaq olar.

OĞLAQ

Çox uğurlu gündür. Əlinizə hansı işi alsanız, öhdəsindən gələcəksiniz. Maddi vəziyyət də yaxşı olacaq. Bu üzdən böyük məbləğli alış-veriş edə bilərsiniz.

DOLÇA

Sakitliyi qoruyub saxlamaq asan olmayacaq, ancaq bunu etməyiniz mütləqdir. Günün ortaları bir balaca çətin olacaq. Çünki bu zaman həm özünüzün gərginliyi, həm də ətrafdakıların bəxş etdiyi mənfi aura müdriyyətlə aranızda konflikt yaşanmasına səbəb olacaq.

BALIQLAR

Xoş gündür. Qadınlarla təmasda olmaq üçün də əlverişli zamandır. Şou-biznes fəaliyyəti olan kəslər üçün məhsuldar gündür. Yaxşı məsləhətlər ala biləcəyiniz adamlarla təmasda olun. Cazibədarlığınızla diqqəti çəkəcəksiniz.