“Bakıda istirahət Antaliyadan 2 dəfə bahadır”

bakiBakıda səyahət qiymətləri bahalıdığına görə, hətta Antaliya kurortunu da arxada qoyub. Bu barədə fins.az-a İranın «Azər Qaşt Maleki» turizm şirkətinin rəhbəri Məhəmməd Maliki bildirib. Onun sözlərinə görə, hazırda İran vətəndaşları 450-500 dollardan başlayan qiymətlərlə Türkiyənin Antaliya kurortlarında istirahət edə bilirlər: «Bura həm uçuş qiyməti, həm qidalanma, həm istirahət bir sözlə, hər şey daxildir».

Bakıda isə qiymətlər Antaliyadan iki dəfə yüksəkdir. M.Maleki bildirib ki, bir qədər əvvəl Novruz şənliklərində Bakıya gələn iranlı turistlərə bu səyahət iki dəfə baha qiymətə başa gəlib: «Turistlərimiz Bakıda aviabilet, otel və təkcə səhər yeməyinin daxil olduğu paketə 1200 dollar öədəyirdilər. Bu – çox bahadır».

İranlı şirkət rəhbəri biodirib ki, Bakıdakı otellərdən daha ciddi endirim almaq niyyətindədirlər: «İndi qiymətlərlə bağlı danışıqlar aparırıq. Kim aşağı qiymət desə, qonaqları ora yönəldəcəyik».