Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxslərdən 6-ı evə buraxılıb.
2 nəfər isə hazırda xəstəxanada müalicə olunur.
Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gövhər, Ağamirzəyeva Əzizə, Babazadə Fatma və naməlum kişi xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində Travmatologiya İnstitutuna gətirilən xəstələr Məmmədova Zamirə (1968) və Nəcəfova Tahirədir (1931). Z. Məmmədovaya ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. T. Nəcəfova isə bazu nahiyəsində xəsarət olduğundan bir müddət xəstəxanada qalacaq.
Ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır. (apa)
***
Bu gün səhər saatlarında Nizami rayonunda marşrut avtobusları toqquşub.
8-ci kilometr bazarının yaxınlığında 103 və 30 saylı xətt avtobusları, həmçinin Vaz-2107 markalı minik maşını toqquşub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində hələlik şəxsiyyəti müəyyənləşdirilməyən 60 yaşlı qadın dünyasını dəyişib, 9 nəfər yaralanıb. Yaralılardan 7-I Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına, 2 nəfər isə Travmotologiya İnstitutuna aparılıb. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.