QHT Şurası bir çox tanınmışı “ofsayd”da qoydu

qht-shurasi-1277 QHT-nin qrant layihəsinə “yox” deyildi

QHT-lərə Dövlət Dəstəyi Şurası qran layihələrilə bağlı müsabiqənin nəticələri ilə bağlı müzakirələri yekunlaşdıraraq 40-dan çox bal toplamış 277 layihənin maliyyələşdirilməsini qərar alıb. 273 layihə isə 40-dan az bal topladıqlarına görə müsabiqədən kənarda qalıb.

Maraqlıdır ki, müsabiqədən kənarda qalanlar arasında tanınan simalar da var. Bu sırada Tarix və Mətbuat Araşdırmalarına Dəstək təşkilatının sədri Nəsiman Yaqublu, Azərbaycan Respublikası Iqtisadçılar Ittifaqının sədri Ziyad Səmədzadə, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin sədri Yunus Oğuz, “Ekonomiks” Beynəlxalq Iqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov, “Azərbaycan Reklamçılar Ittifaqı” Ictimai Birliyinin sədri Hacıəmi Atakişiyev, “Güzəran” Sosial Araşdırmalar Ictimai Birliyinin sədri Qadir Ibrahimli, “Tolerantlıq” Sosial Araşdırmalar Ictimai Birliyinin sədri Azər Rəşidoğlu, Vətəndaş Cəmiyyəti uğrunda Qadınlar Alyansının sədri Niyazi Mehdi, Media və Mülki Cəmiyyət Ictimai Birliyinin sədri  Xanoğlan Əhmədov, Demokratiya və Insan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev, “Polisə Dəstək” Ictimai Birliyinin sədri Şəmsəddin Əliyev və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının adını çəkmək olar.