“Hər kəsə «sağ ol» düşür»

arif_eliyevArif Əliyev: «Heç bir tərəfdə belə vəziyyətdən sui-istifadə etmək problemi yaranmadı»

Cəbhədə baş verən qanlı hadisələrlə bağlı Azərbaycan bir araya gələrək, ordumuzun əsgərlərinə dəstək nümayiş etdirdi. Hərbi xidmətə yaşı çatmayanlardan tutmuş, ağsaqqallar, hətta uşaqlar belə, cəbhəyə getmək istəklərini bildirdilər. Tələbələr yürüşlərlə ordumuzda qulluq edənlərə dəstəklərini ifadə etdilər. Dövlət müəssisələri və digər qurumlar da bu məsələdə bir araya gəldilər. Rusiya mətbuatının anti-Azərbaycan mövqeyinə qarşı sərgilənən mövqe də cəmiyyətdə müsbət qarşılanmadı.

Görəsən, Azərbaycanın belə mövqe sərgiləməsində dövlət siyasətinin payı nə qədərdir?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev deyir ki, cəbhədə vəziyyətin gərginləşərkən, o cümlədən hərbi əməliyyatlar zamanı nümayiş etdirilən mövqe baxımından müxtəlif təbəqələr arasında nəinki düşmənçilik, heç fikir ayrılığı olmayıb: “Buna görə hər kəsə ”sağ ol” düşür. Kimin payının çox, ya da az olmasını deməzdim. Amma belə məqamlarda müəyyən hərbi və qrupdaxili maraqlardan üstün olmaq göstəricisi millətin öz daxili potensialı kimi, hələ də özünü saxlayır. Cəmiyyətdə narazılıq vardı ki, belə bir məqam olarsa, kim özünü necə aparar. Hər halda, heç bir tərəfdən belə vəziyyətdən sui-istifadə etmək problemi yaranmadı”.

Nigar