Beynəlxalq investisiya bankı olan Goldman-ın analitiklərinin 6 Apreldə yaydıqları hesabata görə, 35 dollar səviyyələrindəki neftin qiyməti ABŞ-da şirkətləri çətinliyə salsa da, bu səviyyədəki qiymətlər şist nefti istehsalını davam etdimək üçün idealdır.
“Marja” xəbər veri ki, Goldman-ın hesabatına görə, neftin barrel qiymətinin 30-35 dollarda qalması ABŞ şirkətlərinə ciddi təsir etməyəcək.
Goldman, WTI neftinin barrelinin qiymətinin 2016-nın ikinci rübündə 35 dollar səviyyəsində qalacağını gözləyir. Bank, 2016-cı ilin sonu üçün 38 dollar, 2017-ci ilin il sonu üçün isə 57.50 dollar proqnozunu verir.