“Fed faiz artırmağa yaxınlaşır”

fed sedriABŞ Mərkəzi Bankı Fed-in Dallas şöbəsinin sədri Robert Kaplan, Fed-in faizi növbəti dəfə artırmağa yaxınlaşmaqda olduğunu qeyd edib.

Kaplan, “Ekspansionist siyasətin bir qismini aradan qaldıra biləcəyimiz bir vaxta yaxınlaşırıq” – deyib.

Kaplan, hansı iclasda Fedin faizi artıracağı proqnozunu verməyəcəyini və artırımların “yavaş, təmkinli və səbrli” olacağını deyib.

Kaplan, “Təmkinli və səbrli olmaq hərəkətsiz qalmaq mənasını vermir” – deyib.

Hazırda ekspansionist siyasətin aradan qaldırılması üçün səy göstərdiklərini görmək istədiyini deyən Kaplan, “Sadəcə bunu edərkən necə hərəkət etmək məsələsində çox səbrli və düşüncəli olmağımız lazım olduğunu düşünürəm” şəklində danışıb.

Kaplan, “ABŞ iqtisadiyyatı güclü olduğunu sübut etdi, xarici risklər məsələsində ayıq olmağa ehtiyacı var” deyə əlavə edib.

 

(marja)