Bakıda qardaş bacısını mülkə görə öldürüb

tecrid olumDünən Bakının Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Şüvəlan qəsəbə sakini olan 71 yaşlı Ceyhun Qulamov 81 yaşlı bacısı Arifə Qulamovanı mülk üstündə qətlə yetirib. Belə ki, hər iki şəxs eyni ünvanda yaşayırmış və onlar uzun müddətdir ki, Şüvəlandakı evə görə münaqişəli vəziyyətdə imiş.

Dünən səhər saatlarında C.Qulamov 81 yaşlı bacısının başına çəkiclə bir neçə zərbə endirərək onu öldürüb. O daha sonra özünə xəsarət yetirərək intihar etməyə çalışıb.