ÇL 1/4: İlk oyunlarda “Barsa” və “Bavariya” qalib gəldi

cemp liqaÇempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

“Barselona” öz meydanında “Atletiko”nu (Madrid) qəbul edib. Oyun kataloniyalıların qələbəsi ilə başa çatıb – 2:1.

Digər görüşdə isə “Bavariya” evdə “Benfika”nı məğlub edib – 1:0.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu bu axşam keçiriləcək.

“Barselona” (İspaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1
Qol: Fernando Torres, 25 (0:1), Luis Suares, 63 (1:1), 74 (2:1)
Qırmızı vərəqə: Fernando Torres, 35 (“Atletiko”)

“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 1:0
Qol: Vidal, 2 (1:0)