Azərbaycan və Ermənistan arasında Qarabağda hərbi əməliyyatların dayandrılmasına dair razılaşma silahlı qüvvələrin Baş qərargah rəisləri arasında aprelin 5-də Moskvada keçirilmiş danışıqlarda əldə olunub.
Bu bəyanatla Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin az əvvəl başlayan iclasında bildirib.
Ohanyan deyib ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Baş qərargah rəisləri aprelin 5-də Moskvada Rusiya tərəfinin vasitəçiliyi ilə görüşüblər.
Xəbər verildiyi kimi hərbi əməliyyatların dayandırılmasına dair razılaşma dünən saat 12-dən qüvvəyə minib. Bu razılaşma barədə ilk dəfə erməni tərəfi, Qarabağdakı rejimin “müdafiə nazirliyi” məlumat yayıb. Razılaşmanın detalları hələlik açıqlanmır.
(virtualaz)