Dostlar, lütfən millətimizi aşağılamayaq. Nədən narazısınız, nəyi düz etmədi millətimiz? Hücuma məruz qaldı, qorxub qaçmadı, əsgər və zabitləri igidliklə döyüşdü, millət də həmin övladlarını bağrına basdı. Səhvmi etdi? Savaşda verdiyi şəhidlərini böyük sevgi və sayğı ilə qucaqladı, şəhid ailələrinin acısını paylaşdı, amma itkilərdən sınmadı, yazıq duruma düşmədi. Səhvmi etdi xalqımız? Boynunu büküb, matəmə qapılsaydı, daha yaxşımı olacaqdı? Xarici düşmənin hücumu qarşısında iqtidarlı, müxalifətli, qadınlı, kişili, cavanlı, qocalı, dindarlı, ateistli heç bir ayrımçılıq etmədən bir yumruq kimi birləşdi, bütün dünyaya cəsartini, mübarizə əzmini nümayiş etdirdi. Səhvmi etdi? Niyə Parisdəki terrordan sonra fransızlar, Nyu-Yorkdakı 11 sentyabr terrorundan sonra ameriklalılar eyni hərəkəti edəndə bu həmin xalqların gücü, mübarizə əzmi kimi, eyni davranışı biz sərgiləyəndə isə küyə getmək kimi qiymətləndirilməlidir? İndi hərəmiz bir tərəfdən 3 günlük müharibə zamanı millətimizin səhv etdiyini sübut etməyə girişmək əvəzinə, yaxşı olmazmı ki, millətimizdə yaranmış bu özgüvəni, özünəhörməti onun köklü problemlərinin həlli üçün istifadə etməyə çalışaq?

Nəyi düz etmədi millətimiz?
•


