Əkrəm Əylisliyə ittiham elan olundu

ekrem_eylisliAprelin 6-da Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsində yazıçı Əkrəm Əylisliyə qarşı CMnin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Daha sonra yazıçının barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Bu barədə Əkrəm Əylislinin vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkil yazıçıya qarşı ittihamın nədən ibarət olduğunu da açıqlayıb: “İttihamın mahiyyəti budur ki, Əkrəm Əylisli martın 30-da ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Hihal Seyidovun döş qəfəsindən zərbə vurub. Zərbə nəticəsində Hihal Seyidovun döş qəfəsində göyümtül qançır yaranıb“.

Müdafiəçi onu da qeyd edib ki, Əkrəm Əylisli ittihamları qəbul etmir. Yazıçı heç kəsə qarşı təhqir fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki mənəvi durumunun imkan vermədini bildirib. Əkrəm Əylisli barəsindəki cinayət işinin yazıçı fəaliyyətilə bağlı olduğunu deyir.