Ermənilər bu dəfə yarımstansiyasını vurdu

mina partlayis

Ermənistan silahlı qüvvələri mülki şəxsləri atəşə tutmaqda davam edir.

Ermənistan Silahlı Qüvvələri cəbhə bölgəsində dinc sakinləri atəşə tutmağa davam edir. Fövqəladə Hallah komissiyasının rəisi Fərhad Heydərov ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ermənilər bu dəfə elektrik yarımstansiyasını reaktiv artilleriyadan və toplardan atəşə tutub.

Bunun nəticəsində yarımstansiya yarasız hala düşüb. Hazırda Ağdamın 11 kəndi işıqsız qalıb.

Onu da bildirək ki, Ermənistan silahlı qüvvələri Ağdamda 6 dinc sakini öldürüb. Bununla yanaşı yaralılar da var.