İranın Şərqi Azərbaycan əyalətində bazar ertəsi günü Ermənistan tərəfindən atılan minomyot mərmisi evi uçurub.
İSNA agentliyinin verdiyi məlumata əsasən, bunu əyalətin general-qubernatorunun müavini Səid Şəbistari Xiyabani deyib.
Onun sözlərinə görə, mərminin erməni tərəfinə aid olduğu İran ekspertlərinin araşdırmalardan sonra müəyyən edilib.
Qeyd olunur ki, İran XİN-i bu məsələni erməni tərəfi ilə müzakirə edəcək.